Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhid Ömər Şirinov Goranboyda dəfn olunub

0

  • Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı şəhid olan Kəlbəcər rayon sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış 1999-cu il təvəllüdlü, leytenant Şirinov Ömər Muğan oğlu bu gün Zeyvə kənd qəbirstanlığında dəfn edildi. Dəfn mərasimində Goranboy, Kəlbəcər və Xocalı rayon İcra Hakimiyyətlərinin başçıları, hərbiçilərimiz və ictimaiyyət nümayəndələri iştirak etdilər. Şəhidimizin ruhuna dualar oxundu, ailə üzvlərinə Allahdan səbr dilədilər. Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. O, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunduğunu xatırladıb. "Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin! Vətən sağ olsun!" - deyə, icra başçısı bildirib. Allah bütün şəhidlərimizə rəhmət etsin. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib47 dəfə
    Şəhid Ömər Şirinov Goranboyda dəfn olunub

    Maraqlı gələ bilər
    55
    46
    53